XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2019 - 10:00

Gürcüstan prezidentinin mətbuat katibi istefa verib –KİV

Gürcüstan prezidenti Salome Zurabişvilinin mətbuat katibi Xatia Moistsrapişvili istefa verib.

Bu barədə yerli mətbuat yazıb.

X.Moistsrapişvilinin istefasına onun S.Zurabişvili ilə bir sıra məsələlər üzrə yaranan fikir ayrılıqlarının səbəb olduğu bildirilir.

X.Moistsrapişvili bu ilin yanvarında Gürcüstan prezidentinin mətbuat katibi təyin olunub. Buna qədər o, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri və qurumun mətbuat katibi olub. /Report