XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

08 Sentyabr 2019 - 13:29

Gürcüstan parlamentinin qarşısında qarşıdurma baş verib –Səbəb

Gürcüstan parlamentinin binasının qarşısında aksiyaçılarla millət vəkili arasında qarşıdurma yaranıb.

Qarşıdurma “Patriotlar Alyansı” partiyasından olan millət vəkili Emzar Kvitsiani parlamentə daxil olarkən baş verib.

Aksiyada iştirak edənlər “sən qulsan!” şüarları səsləndirib və polisi millət vəkilini həbs etməyə çağırıblar. Polis ərazidə vəziyyəti sakitləşdirməyə  çalışır.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin plenar iclası davam edir. İclasda gün ərzində hakim “Gürcü Arzusu” Partiyasının təqdim etdiyi hökumətin yenilənmiş tərkibinə etimad səsverməsi keçiriləcək. /APA