XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2019 - 17:03

Gürcüstan müxalifətindən qərar:hökumətin təsdiq olunmasında iştirak etməyəcək

Gürcüstan parlamentində yeni hökumətə etimad məsələsinin müzakirə olunduğu iclasda gərginlik yaranıb.

Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Nika Melia hökuməti sərt tənqid edib.

Onun çıxışı hakim Gürcü Arzusu Partiyasının deputatlarının narazılığına səbəb olub.

N.Melianın çıxışı başa çatdıqdan sonra VMHP fraksiyası yeni hökumətin tərkibinə etiraz əlaməti olaraq iclas zalını tərk edib.

Öncə müxalif Avropalı Gürcüstan Partiyasından olan deputatlar da parlamentin bugünkü iclasını boykot edib.

Qanunverici orqanın plenar iclası müxalifət nümayəndələrinin iştirakı olmadan davam etdirilir. /Report