XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

08 Sentyabr 2019 - 19:40

Tbilisidə etiraz aksiyasında qarşıdurma:3 nəfər saxlanlıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkə parlamentinin binası qarşısında etiraz aksiyası davam edir.

Aksiya təşkilatçısı olan “Ayıbdır” hərəkatının üzvləri və “Vətənpərvərlər Alyansı Partiyası”nın tərəfdarları arasında qarşıdurma baş verib.

Polis insidentə müdaxilə etməli olub və üç nəfəri saxlayıb. Həmin şəxslər polisə tabe olmaqdan imtina ediblər.

Qeyd edək ki, “Ayıbdır” hərəkatının üzvləri və tərəfdarları səhər saatlarında parlament ətrafında aksiya keçirirlər. Onlar Gürcüstan hökumətinin yeni tərkibinə etiraz edirlər.  /Report