XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2019 - 21:20

Suriya qoşunları Türk müşahidə postunu atəşə tutdu:ölən və yaralananlar yoxdur

Suriya ordusu bazar günü Hama əyalətinin şimalındakı Türk qoşunlarının müşahidə postunu atəşə tutdu.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Şir-Magar bölgəsindəki türk qoşunlarının postu və düşərgəsi yaxınlığında mərmi partladılıb. Ölən və yaralananlar yoxdur.

Qeyd edək ki, bu il avqustun 19-da və 28-də də analoji hadisə Hələbin cənub-qərbindəki Rəşidin bölgəsində, eləcə də Hama və İdlib əyalətlərinin sərhəddindəki Morik şəhərində baş vermişdi.  /APA