XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 09:39

Prokuror olmaq istəyənlər imtahan verdi

prokurpor.jpg

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən imtahan saat 10:00-da başlanıb və 3 saat ərzində aparılıb. İmtahan təlimata uyğun olaraq keçirilib, namizdələrin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanın nəticələri bu gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək

Strateq.az –ın əldə etdiyi məlumata görə, imtahanda iştirak etmək üçün sənədlərini təqdim edənlərdən Baş Prokurorluq tərəfindən 380 nəfərin namizədliyi qeydə alınıb. Baş Prokurorluq 100 vakanat vəzifəyə prokuror seçməyi planlaşdırır.

Strateq.az