XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2019 - 12:38

Bu gün Abşeronun bir hissəsində işıq olmayacaq –“Azərişıq”

Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq. 

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilənin yaranmasına səbəb Bağlar RETSİ-nin xidməti ərazisi olan həmin kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq “Zabrat” yarımstansiyasından çıxan 10 kVt-luq “Məhəmmədi-1” elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləridir.

Yaranmış narahatçılığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir. (report)