XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2019 - 23:17

Bakı-Sumqayıt-Bakı istiqamətində əlavə avtobuslar xəttə buraxılacaq- Açıqlama

Sentyabrın 15-dən Bakı-Sumqayıt-Bakı istiqamətində əlavə avtobuslar xəttə buraxılacaq.

Bu barədə Azərtac-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, əlavə avtobusların xəttə buraxılmasına səbəb yeni tədris ilinin başlaması ilə bağlı sərnişinlərin sayının artmasıdır.