XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2019 - 21:54

AVRO-2020:Xorvatların penaltisinə Azərbaycan millisi möhtəşəm qolla cavab verdi

Bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması Bakıda Xorvatiya millisini qəbul edib.

Strateq.az xəbər verir ki, isveçrəli baş hakim Sandro Şörerin idarə etdiyi oyuna Xorvatiya millisi daha fəal başlayıb.

Matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb – 0:1

Birinci hissənin sonunadək futbolçular təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib.

Beləliklə, matçın birinci hissəsi Xorvatiya yığmasının üstünlüyü ilə yekunlaşıb –0:1.

İkinci hissənin 72-ci dəqiqəsində isə Təmkin Xəlilov möhtəşəm keçidlərlə hesaba tarazlıq gətirib – 1:1

Oyun bu hesabla başa çatıb. Bununla da millimiz qrupda ilk xalını qazanıb.

Onu da qeyd edık ki, bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.