XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

10 Sentyabr 2019 - 10:27

Səhiyyə Nazirliyi:"Bakıda bu gün 518 nəfər qan verib"

Bakının 8 rayonu üzrə xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, saat 09:00-a olan məlumata əsasən, 518 nəfər könüllü olaraq qan verib: “Həmin şəxslərdən 233 litr qan tədarük olunub”.

Qeyd edək ki, Məhərrəm ayının onuncu, Aşura günü ilə əlaqədar olaraq respublikanın 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası keçirilir.

Xatırladaq ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır.

Səfər ayı isə oktyabrın 29-da başa çatır.