XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2019 - 22:45

Prosineçki istefa verdi –Federasiya qəbul etmədi

Robert Prosineçkinin futbol üzrə Bosniya və Herseqovina millisinin baş məşqçisi postundan istefası qəbul olunmayıb.

Bu barədə Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsi qərar verib.

Xorvatiyalı mütəxəssisin müqaviləsi bitənədək – 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək postunda qalması məqsədəuyğun sayılıb. Prosineçki futbol qurumunun prezidenti və İcraiyyə Komitəsindən dəstək aldığı üçün işinə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, Robert Prosineçki sentyabrın 8-də səfərdə Ermənistana 2:4 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə matçından sonra Bosniya və Herseqovina millisindən istefa verdiyini açıqlayıb. O, 2014 – 2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub/Report.