XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2019 - 10:00

Avstraliyanın üç vətəndaşı İranda saxlanılıb –Avstraliya hökuməti öz vətəndaşlarına xəbərdarlıq etdi

Avstraliyanın üç vətəndaşı İranda saxlanılıb.

Bu barədə Avstraliyanın ABC “News” telekanalı bildirib.

Telekanalın məlumatına görə, bir qadın artıq demək olar ki, 1 ildir dəmir barmaqlıqlar arasındadır. Amma məhbəsdə olan digər iki nəfər cütlükdür. Onlar bir neçə ay əvvəl saxlanılıb.

Güman edilir ki, bu iki hadisə bir-biri ilə əlaqəli deyil.

Avstraliya hökuməti öz vətəndaşlarını İrana səfərlərin riskləri haqqında xəbərdarlıq edib.

“Təkrar gözdən keçirin, risklər şəraitində sizə getmək lazımdırmı? Avstraliyalılar da daxil olmaqla, əcnəbilər saxlanıla və ya həbs edilə bilərlər”, – telekanal hökumətin bəyanatını sitat gətirib. /Report