XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2019 - 13:20

İqtisadiyyat naziri:"Azərbaycan Yekaterinburqda logistik mərkəz yaradacaq"

“Azərbaycan tərəfi Yekaterinburq şəhərində logistik mərkəzi yaradacaq”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, uzun müddətdir davam edən danışıqlardan sonra Azərbaycan Yekaterinqburqda logistik mərkəz yaradacaq.

Nazir bildirib ki, sabah iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək: “Bu biznes-forumda da bununla bağlı artıq müvafiq memorandum imzalanacaq. Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin müvafiq şirkəti arasında bu logistik mərkəzinə Azərbaycan istehsalı olan meyvə-tərəvəzin təchizi istiqamətində işlərin təşkili baxımından vacib sənəd imzalanacaq”.  /Report