Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçə hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb.
Nəticədə aşağıdakı şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar:
Bakı şəhər sakinləri – 2009-cu il təvəllüdlü Əhmədzadə Aysu Elmir qızı, 2015-ci il təvəllüdlü Əhmədzadə Ələddin Elmir oğlu, 2013-cü il təvəllüdlü Əhmədzadə Aylin Elmir qızı, 1982-ci il təvəllüdlü Əhmədov Elmir Vaqif oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Şəbnəm Ələddin qızı və Mingəçevir şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhumova Gültəkin Kərim qızı.
Faktla bağlı araşdırmalara başlanılıb/Report.