XƏBƏR LENTİ

15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 20:16

Milli Məclisin komitə iclası:sabah hansı məsələlər müzakirə olunacaq?

Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

İclasda Milli Məclisin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə məlumat veriləcək.

Eyni zamanda, İnsan hüquqları komitəsinin 2019-cu il payız sessiyası dövrünə dair işlər planı müzakirəyə çıxarılacaq.

İclasın gündəliyində “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə təqdim olunacaq.

Komitə 2019-cu ilin payız sessiyası dövründə Prezidentin, deputatların, Ali Məhkəmənin Baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsləri qaydasında təqdim etdiyi qanun layihələrinə baxacaq.

Eyni zamanda, sessiya müddətində beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, İnsan hüquqları üzrə Birgə İşçi Qrupu ilə əməkdaşlığın həyata keçirilməsi və digər məsələlər diqqətdə olacaq/Oxu.az.