XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 11:30

Tovuzda sabiq məhkəmə sədri güllələnərək öldürülüb

Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb.

Rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.

***
Tovuz rayonunda güllələnən Firudin Ələkbərli vəkil deyil.

Bu barədə Azərbaycan Vəkillər Kollegiyasından bildirilib.

“Report”un əldə etdiyi məlumata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

***
Tovuz rayonunda vəkil güllələnib.

Firudin Ələkbərli naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)