XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 14:12

“Azərbaycanın dövlət qurumlarında daxili nəzarət zəif təşkil olunub” –Palata sədri

Azərbaycanda hər bir dövlət qurumunda kənar dövlət maliyyə nəzarət orqanı audit tədbirləri aparmamışdan öncə həmin qurumda mövcud olan daxili nəzarət sisteminin özünə də qiymət verməyə çalışırıq.

Bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, Palatanın nəzarət fəaliyyəti başlamadan öncə daxili nəzarət qurumunun gördüyü işlər, müəyyən edilən nöqsanlar və bununla bağlı görülən işlər Palata tərəfindən qiymətləndirilir.

“Hələ ki, bu fəaliyyət bizim dövlət təşkilatlarında zəif təşkil olunub və biz bu fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndiririk. Hazırda dövlət sektoru üçün maliyyə hesabatlarının konsolidasiya olunması büdcə qanunvericiliyində nəzərdə tutulmayıb. Bununla bağlı qanunvericiliyə dəyişikliklər olmalıdır. Hələ ki, belə bir təklif irəli sürülməyib”, – deyə V. Gülməmmədov qeyd edib. (apa)