XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 20:37

Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 2 milyon manat ayrılıb –Sərəncam

Prezident İlham Əliyev sentyabrın 13-də “Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.