XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 17:53

Rövnəq Abdullayev Türkiyəyə gedib [color=red]- Müzakirələr başladı

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu gün Türkiyədə səfərdə olub.

Strateq.az SOCAR-ın saytına istinadən xəbər verir ki, səfər çərçivəsində R.Abdullayev Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrakla görüş keçirib.

Türkiyənin enerji sektorunda SOCAR-ın həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub, planlaşdırılan işlərin qrafikə uyğun icra edildiyi bildirilib.

TANAP-ın inşası işlərinin, eyni zamanda "Petkim" yarımadasında həyata keçirilən layihələrin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacağına əminlik vurğulanıb.

R.Abdullayev Türkiyəyə səfəri çərçivəsində Transanadolu qaz boru kəməri – TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib.

İclasda layihə üzrə 2015-ci ildə həyata keçirilmiş işlərin yekunu və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət planauyğun surətdə uğurla davam etdirilir. 2016-cı il üçün layihə çərçivəsində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib.