XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

14 Sentyabr 2019 - 10:47

BMT Baş katibinin müraciəti yayılıb- Beynəlxalq Demokratiya Günü münasibətilə

BMT Baş katibi Antonio Quterreşin hər il sentyabrın 15-də qeyd olunan Beynəlxalq Demokratiya Günü münasibətilə müraciəti yayılıb.

Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə deyilir: “Bu gün demokratiya gününü qeyd edirik və mən bütün ölkələrin hökumətlərini təkidlə çağırıram ki, onlar insanların bu prosesdə fəal, substantiv və əhəmiyyətli iştirakını təmin etsinlər. İmkandan istifadə edərək bu il də xatırlatmaq istəyirəm ki, demokratiya insanların maraqlarının ifadəsi vasitəsidir. O, inklüziv, bərabərhüquqlu iştirak tələb edir ki, bu da sülhün təmin edilməsinin, dayanıqlı inkişaf və insan hüquqlarının əsas elementlərindən biridir”.

İnsan haqları üzrə Bəyannamədə qeyd olunur ki, “xalqın iradəsi hakimiyyətin əsası olmalıdır”. Məhz insan haqları konstitusion proseslərinin möhkəmlənməsinin impulsu və qlobal səviyyədə demokratik dəyərlərin və prinsiplərin qəbul olunmasına verilən töhfədir. Öz növbəsində, demokratiya insan hüquqlarının müdafiə olunduğu və reallaşdığı mühiti yaradır.

BMT-nin bəyanatında qeyd olunur ki, demokratiya vətəndaş cəmiyyəti və hökumət arasında davamlı dialoqa söykənir və hər bir ölkədə siyasi qərarların qəbul edilməsinə təsir edir. Səmərəli idarəetmə siyasi iştirak, vətəndaşların cəlb olunması və sosial dialoq kimi amillərə əsaslanır. Qloballaşma və texnoloji tərəqqi dövründə

bu cür yanaşma xüsusilə aktualdır.