Böyük Britaniya parlamentinə keçirilən seçkilər son onilliklərin ən gözlənilməz nəticəsi ilə başa çatıb.
Strateq.az xarici KİV-ə istinadən bildirir ki, səslərin ilkin hesablanması mühafizəkarların qələbə çaldığını deməyə əsas verir. Lakin analitiklər öncədən proqnoz verirdilər ki, bu seçkilərdə heç bir siyasi qüvvə üstünlük qazana bilməyəcək.
Məlumatların analizindən sonra məlum olub ki, mühafizəkarlar 36,7 % səslə parlamentdə 321, leyboristlər 30,6% səslə 227, liberal demokratlar 7,7% səslə 8 yer əldə edib.
Beləliklə, mühafizəkarlar parlamentdə çoxluq əldə etməklə yenə də hökuməti formalaşdıracaqlar. Mühafizəkarların lideri Devid Kemeron bildirib ki, əvvəllər bəyan etdiyi planları yerinə yetirmək niyyətindədir.
Kemeron seçkidən öncə vəd etmişdi ki, Şotlandiya və Uelsə daha çox səlahiyyət veriləcək və Böyük Britaniyanın AB-dən çıxması üçün referendum keçiriləcək.