Paytaxtda yerləşən orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, son 2 həftədə 30-dan çox məktəb binasının ətrafında “piyada keçidi” üfüqi yol nişanlanma xətti bərpa edilib. Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.