ABŞ-ın Sietl şəhərində atışma nəticəsində bir nəfər həlak olub.
Naməlum şəxs metro stansiyasına girərək insanlara atəş açıb.
Hadisə nəticəsində 3 nəfər yaralanıb, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
Atəş açan şəxs polis tərəfindən axtarılır. Hadisənin motivləri hələlik məlum deyil. /APA