XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2019 - 15:30

İranda qadınlar stadionda futbol izləyə biləcəklər –Vitse-prezidentdən açıqlama

İranlı qadınların stadionda futbola baxmasına şərait yaradılacaq.

Bunu bu gün İranın vitse-prezidenti Hüseyn Əli Əmiri bildirib.

Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.

Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.

İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İran və Kamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb.