Bu gün Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub.
Hadisə yerli vaxtla saat 19.20 radələrində Yekağerinburq-Almatı avtomobil yolu yaxınlığında, Şamalqan dəmir yolu stansiyasında baş verib.
Qatar dəmir yolu keçidində relslər üzərində dayanmış avtobusa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər göndərilib. /APA