Gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2020” mahnı müsabiqəsində Azərbaycanın iştirakı qeydə alınıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müsabiqə 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”-da keçiriləcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”-nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. (apa)