XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2019 - 18:12

Müsavat Partiyasının qurultayının vaxtı məlum olub –Oktyabrın 12-də

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix məlum olub.

Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki,  Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulur: “Gələn həftə isə Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yığıncağı olacaq. Orada başqanlığa namizədlərin qabaqcadan irəli sürülməsi ilə bağlı təkliflər müzakirə olunacaq. Böyük ehtimalla namizədlərin irəli sürülməsi əvvəldən başlayacaq və qurultayın keçirilməsinə az qalmışa qədər davam edəcək”.

Qeyd edək ki, Müsavat Partiyasının 2014-cü ilin sentyabrında keçirilən qurultayında Arif Hacılı başqan seçilib. (apa)