Azərbaycanın tanınmış siyasətçilərindən olan, Vahid Azərbaycan Partiyasına sədri Kərrar Əbilov 85 yaşında dünyasını dəyişib.
Strateq.az xəbər verir ki, bu barədə Azinforum.az xəbər yayıb.
Xatırladaq ki, Kərrar Əbilov daha çox 1993-cü ildə keçirilən prezident seçkilərində mərhum Heydər Əliyevin alternativi kimi tanınıb. Partiya sədrinin uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 1930-cu ildə Şuşada doğulmuş Kərrar Əbilov Leninqrad Universitetini bitirib. Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb.
Psixologiya elmləri namizədidir.
Bir oğlu, bir qızı var.
Allah rəhmət eləsin!