XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2019 - 09:40

“Google”un fəaliyyətində problem yaranıb

Ötən gün axşam saatlarından etibarən bir çox ölkələrdə “Google” axtarış sistemində problemlər müşahidə olunub. 

Bu barədə çərşənbə axşamı populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin səhifəsində məlumat yerləşdirilib.

“Google”da yaranmış nasazlıqlar ötən gün saat 20:37-dən etibarən ABŞ-ın Şərq Sahilində, Avstraliya, Yeni Zelandiya, Yaponiya, eləcə də  Birləşmiş Krallıq da daxil olmaqla bir sıra Avropa ölkələrində müşahidə edilib.

“Downdetector”a görə, “Google” istifadəçilərinin 79 faizi axtarış zamanı istədiklərini tapmaqda çətinlik çəkib, digərləri isə şəxsi hesablarına daxil ola bilməyiblər. /APA