XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 10:40

Azərbaycan və Latviya arasında protokol imzalanıb –Avtomobil daşımaları ilə bağlı

Azərbaycan və Latviya arasında 2019-2020-ci illər ərzində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti üzrə protokol imzalanıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, protokol Riqada keçirilən Azərbaycan ilə Latviya arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası çərçivəsində imzalanıb.

“Yekunda 2019-2020-ci illər ərzində ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti müəyyən edildikdən sonra müvafiq Protokol imzalanıb”, – məlumatda bildirilir.

Bundan başqa, iclas zamanı müzakirələrdə iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gözləmə vaxtının azaldılması, nəqliyyat vasitələrinin heyətinin iş və istirahət rejiminə riayət edilməsi, avtomobil nəqliyyatı sahəsində həyata keçirilən yeni layihələr, Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərində ölkələrimizin avtodaşıyıcılarının xüsusi çəkilərinin artırılması üçün görülən tədbirlərin daha da təkmilləşdirilməsi və davam etdirilməsi məqsədilə müvafiq razılıqlar əldə olunub.