XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

17 Sentyabr 2019 - 15:15

Ordumuzun təlimləri davam edir –VİDEO

Təlimlərdə qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.

Strateq.az MN-ə istinadla xəbər verir ki, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.