XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 15:10

İranda silahlı insident –Polis öldü

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda polis məmurları ilə naməlum silahlılar arasında insident baş verib.

Bunu İranın Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.

M.Qolməhəmmədinin sözlərinə görə, silahlı insident nəticəsində polis zabiti həlak olub, daha 3 polis yaralanıb.

Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.

Prokuror onların yaxalanması üçün axtarışların davam etdiyini deyib. /Trend