XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2019 - 14:22

Xəsarət alan “Azərişıq” ASC əməkdaşlarının vəziyyəti ağırdır- Nazirlik

Səhiyyə Nazirliyi Qubada “Azərişıq” ASC əməkdaşlarının qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, Qubanın Söhüb kəndində avtomobil dərəyə aşıb.

İki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Daha iki nəfər isə ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.

O da bildirilib ki, yaralılardan biri komadadır.