Rusiyanın paytaxtı Moskvada pişiyi binanın 4-cü mərtəbəsindən yerə atan 36 yaşlı qadın barəsində cinayət işi başlanıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, qadını 3 ilə qədər həbs cəzası gözləyir.
Qeyd olunub ki, polis şöbəsinə paytaxtın Yermolaevski küçəsində yerləşən yaşayış binasının 4-cü mərtəbəsindən bir qadın tərəfindən yerə pişiyin atıldığı barədə məlumat daxil olub. Veterinar klinikadan verilən məlumata əsasən, pişik ağır xəsarət alıb. /APA