XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2016 - 12:50

“Diqqətli olun!” – [color=red] Dövlət Gömrük Komitəsi mətbuata və ekspertlərə müraciət etdi

Dövlət Gömrük Komitəsi yeni açıqlama yayıb.

Strateq.az xəbər verir ki, Komitənin məlumatında dünyada baş verən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirmək, milli iqtisadiyyatı qorumaq məqsədilə dövlət tərəfindən mühüm addımlar atıldığı bildirilib:

"Prezident İlham Əliyevin bu məqsədlə dövlət və özəl sektor qarşısında qoyduğu mühüm vəzifələr-sahibkarlıq mühitinin yaxşılaşdırılması, yerli istehsalın gücləndirilməsi, rəqabətədavamlı məhsulların istehsalı, ixracın artırılması, bütün sahələrdə şəffaflığın təmin olunması kimi məsələlərin həyata keçirilməsi məqsədilə aidiyyatı qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Dövlət Gömrük Komitəsi də görülən işlərə öz töhfəsini vermək üçün idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, gömrük-biznes əməkdaşlığının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, gömrük işinin təşkilində innovasiya lahiyələrinin genişləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, bir sözlə milli iqtisadiyyatın qorunması və inkişaf etdirilməsi məqsədilə bütün səylərini ortaya qoymaqdadır.

Yanvarın 27 – dən etibarən isə  Dövlət Gömrük Komitəsi  mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib və bu qərara əsasən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib.

Ancaq bəzi kütləvi informasiya vasitələrində özlərini iqtisadçı ekspert kimi təqdim edən şəxslərin dili ilə Dövlət Gömrük Komitəsinin bu qərarına ikrahla yanaşılır və qərar yanlış yozulmaqla bərabər, Komitənin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir.

Dövlət Gömrük Komitəsi bir daha  kütləvi informasiya vasitələrini  və mütəxəssislıri  komitənin fəaliyyətinin və verdiyi qərarların müzakirəsi zamanı diqqətli olmağa , ümumi işə töhfə verməyə çağırır".