XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 12:58

Qəbula gələn vətəndaşlar nazirdən nələri xahiş etdilər? – [color=red]FOTO

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından vətəndaşları qəbul edib.

Nazirlikdən strateq.az-a verilən məlumata görə, Siyəzən rayonundan qəbula yazılan vətəndaşlar rayon Mərkəzi kitabxanasının müasir Azərbaycan ədəbiyyatına dair nəşrlərlə, Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təmin olunmasına, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun rayonlar arasında təcrübə mübadiləsinin aparılmasına, rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlər qarşısında tanınmış incəsənət ustalarının konsertinin təşkilinə, yerli yazarların əsərlərinin nəşrinə köməklik göstərilməsini xahiş ediblər.

Xaçmaz sakinləri tərəfindən rayonda turizmə təhsili ocağının yaradılması, təmir-bərpa olunan "Xəzər" kinoteatrında yeni filmlərin nümayişinə köməklik göstərilməsi, rayon ərazisində aparılan arxeoloji qazıntılar və tədqiqatlara dəstək verilməsi barədə xahişlər edilib.

Quba rayonundan qəbula gələnlərin müraciətləri rayon incəsənət məktəbinin Azərbaycan bəstəkarlarının əsərlərinə aid dərs vəsaitləri ilə təminatı, turizmlə bağlı təşəbbüslərin dəstəklənməsi, mərkəzi kitabxanaya tanınmış mədəniyyət və maarif xadimi Səkinə Axundzadənin adının verilməsi barədə olub.

Qusar sakinləri tərəfindən tarix-diyarşünaslıq muzeyinin elektron bələdçi ilə təmin olunması, mədəniyyət sahəsində çalışan gənc işçilərin təcrübəsinin artırılmasına dəstək verilməsi, Heydər Əliyev Mərkəzinin fəaliyyəti, işlə təminat və digər məsələlərə dair müraciətlər səslənib.

Şabran sakinləri rayondakı mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı metodiki tövsiyələrin hazırlanması, kütləvi kitabxanalarda ali və orta ixtisas məktəbləri üçün dərsliklərə olan tələbatın ödənilməsi, Pirəbədil tarix muzeyinin ekspozisiyasının yenidən qurulması, Pirəbədil kəndinin turizm marşrutuna daxil edilməsi, yeni inşa olunmuş Qala bayraq kompleksində Bayraq muzeyinin yaradılması, Çıraqqala tarix qoruğu üçün mühafizə köşklərinin və şlaqbaumların quraşdırılması ilə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.