XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2019 - 12:52

Baş prokurorun müavini Qazax və Ağstafa rayon sakinlərini qəbul edəcək –Bu tariixdə

Baş prokurorun müavini Namiq Əsgərov cari il sentyabrın 27-də saat 10:00-da Qazax rayon prokurorluğunun inzibati binasında Qazax və Ağstafa rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.