Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İsmayıllı rayonunda keçirilən kartof festivalında baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.
Strateq.az AQTA-ya istinadla bildirir ki, 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.