XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2019 - 14:20

Bir sıra şöbə və bölmələrin rəis müavinləri vəzifəsinə təyinatlar olub –BŞBPİ

Paytaxın bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifəsinə təyinatlar olub.

Strateq.az BŞBPİ-yə istinadla xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail RPİ-nin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.