XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2019 - 16:40

“Bakı Metropoliteni” bu il 150 milyondan çox sərnişin daşıyıb –Statistika Komitəsi

Bu ilin yanvar-avqust aylarında “Bakı Metropoliteni” QSC 150,3 mln. sərnişin daşıyıb.

Bu, demək olar, ötən ilin müvafiq dövrü üzrə olan göstəriciyə bərabərdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ilin 8 ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 150,4 mln. nəfər olub.

Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.