XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2019 - 19:50

Dağıstanda həbsxanada qiyam olub –Səbəb

Dağıstanda həbsxanada məhbuslar qiyam edib.

Bunu Rusiya Federal Cəzaçəkmə Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, həmin məhbuslar həbsxanada cinayətkar aləmin “qruplaşmasını” yaratmaq istəyiblər. Bunun üçün onlar başqa məhkumları da həmin “qruplaşmaya” cəlb etmək istəyiblər. 

Xidmət rəhbərliyi və prokurorluq əməkdaşlarının məhbuslarla danışıqları və apardıqları izahat işləri nəticəsində həbsxanada vəziyyət sabitləşdirilib.