XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 20:57

Ümumdünya Səhiyyə Təşkilatından təhlükəli proqnoz: [color=red]4 milyon insan bu virusa yoluxacaq
 

Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Amerikada meydana gələn və qısa zamanda Avropa ölkələrində yayılan Zika virusu barədə təcili iclas keçirib.

ÜST-nin direktoru Margaret Chan virusun çox sürətlə yayıldığını açıqlayıb. Onun sözlərinə görə, xəstəliyin yayılma səviyyəsinin yüksəkdir.

Təşkilatın açıqlamasına görə, virus 3-4 milyon insanda müşahidə ediləcək. Bu virusun uşaqların balaca beyinlə doğulmasına səbəb olan mikrosafalı xəstəliyi ilə əlaqəli olub-olmadığı araşdırılır. Amerika qitəsində yayılan xəstəlik qısa zamanda Danimarka və Böyük Britaniyada aşkarlanıb. Hələ ki, Danimarkada 1, Böyük Britaniyada isə 3 nəfərdə Zika virusu aşkarlanıb. Virusun indidən 21 ölkədə yayıldığı bildirilir.

publika.az