XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

21 Sentyabr 2019 - 16:45

39 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar istifadəyə verilib- FOTO

Sentyabrın 21-dən 39 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə müasir “Isuzu” markalı avtobuslar xidmət göstərməyə başlayıb.

Azərtac xəbər verir ki, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “Kral Tranport” MMC tərəfindən 10 ədəd yeni sərnişin avtobusları gətirilib.

“Isuzu Citibus” markalı avtobuslar “Avro 5” standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Onu da qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.