Güclü külək Abseron sakinin xəsarət almasına səbəb olub.
Hadisə Masazır qəsəbəsində baş verib.
Qəsəbədə küləyin təsirindən dam örtüyü 1945-ci il təvəllüdlü Mustafayev Ağamirzə Mirzə oğlunun üstünə düşüb. Nəticədə o, xəsarət alıb. Yarali təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif dərəcəli əziyi diaqnozu qoyulub/Report.