XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

22 Sentyabr 2019 - 09:40

Əfqanıstanda növbəti partlayış:ölən və yaralananlar var

Əfqanıstanda partlayış törədilib.

Bu barədə “Tolonews” ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Pərvan vilayətində baş verib. Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 1 uşaq həlak olub, daha 11 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin rəsmiləri partlayışın “Taliban” silahlıları tərəfindən törədildiyini güman edirlər.

Daha əvvəl Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində törədilən terror aktı nəticəsində 20 nəfər həlak olub, 95 nəfər yaralanıb. /Report