XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

22 Sentyabr 2019 - 09:10

Türkiyədə rusiyalı turistlərin olduğu avtobus aşıb:15 nəfər xəsarət alıb

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

Sərnişin avtobusu Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına aparırmış.

Ancaq yolda idarəetmədən çıxan avtobus aşıb. Nəticədə 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan yeddi nəfər xəstəxanaya getmək istəməyib və aeroporta yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir. /APA