Yaponiyada güclü “Tapa” qasırğasına görə aviaşirkətlər 400-dən çox daxili reysi təxirə salıblar.
Həmin reyslərin əksəriyyəti Kyüşü adasından və geriyə – Fukuoka, Miyazaki, Naqasaki, Kaqoşima və Saqa aeroportlarına nəzərdə tutulan uçuşlardır.
Aviaşirkətlər səyahətçiləri reyslər barədə son məlumatları internet vasitəsilə izləməyi tövsiyə edirlər. /Azərtac