XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2019 - 13:00

Sabah hava necə olacaq? –PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Strateq.az-a  verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 13-15° isti, gündüz  20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 765  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Sentyabrın 23-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi  şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz  22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz  10-15° isti təşkil edəcək.