XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2015 - 09:33

Daha bir qiymət artımının qarşısı alındı

Daha bir qiymət artımının qarşısı alındı

İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında monitorinqləri davam etdirir.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı “Lactalis Caspi” MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.
Bununla əlaqədar “Lactalis Caspi” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.