XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 07:25

Qatar biletini online sifariş edə biləcəksiz[color=red] – Bu gündən

Bu gündən ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin İnternet vasitəsilə yeni online satiş sistemi istifadəyə verilir.

Bu sistemlə sərnişin kassasına yaxınlaşmadan, www.ady.az saytının «Online bilet» bölməsinə daxil olmaqla, Online rejimi ilə istənilən qatara gediş sənədi (bilet) almaq üçün sifariş edib, plastik kart vasitəsilə gediş dəyərini ödəyəcək.

Online rejimi ilə gediş sənədi (bilet) üçün sifarişlər qatarın hərəkətə başlamasına 3 saat qalanadək aparılacaq. Qeyd olunanları nəzərə alaraq, anlaşılmazlıq olmasın deyə www.ady.az internet saytında sifarişlərin sənədləşməsi və gediş sənədlərinin alınması qaydaları ilə tanış olmaq və vaxtında sifarişi biletlə əvəzləndirmək lazımdır.

Bu rejimdə qatar, gediş tarixi, təyinat stansiyası barədə məlumatların daxil edilməsinə istifadəçi məsuliyyət daşıyır. Vətəndaş qatarın yola düşməsinə 1 saat qalanadək sifarişini və ya şəxsiyyətini təsdiq edən sənədi bilet kassasına təqdim etməklə gediş üçün bilet alacaq.

Qatarlara minik gediş sənədi (bilet) və gediş sənədində (biletdə) qeyd edilən məlumatları təsdiq edən sənəd, yəni şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.